Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri, səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədilə hazırlanan bank kartları ilə ödəniş sisteminə cəlb ediləcək. Aranxeber Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. Onun sözlərinə görə, bu bank kartları […]
Ölkə
Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu qrafikini elan edib
Aranxeber xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların tarixləri yanvar ayında elan edilib. Artıq Mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və s.) qrafiki də DİM-in saytında yerləşdirilib. Qrafiklə tanış olmaq üçün http://dim.gov.az/upload/iblock/74f/74f1880866e8daee00024be1b1b5ac58.pdf linkinə daxil ola bilərsiniz. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixləri: Tədbir […]
Azərbaycanda 3083 tələbə köçürülmək istəyir
Təhsil Nazirliyi tələbələrin köçürülməsi prosesi üzrə elektron sənəd verənlərin sayını açıqlayıb. Aranxeber xəbər verir ki, Nazirliyin verdiyi məlumata görə, tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu fevralın 1-dən 7-dək aparılıb. Ümumi müraciətlərin sayı 3083-dür. Bunlardan 415-i orta ixtisas, 2668-i ali təhsil üzrədir. Tələbə köçürülmələrinin nəticələri mart ayında elan olunacaq. Qeyd edək ki, tələbələrin ölkə daxilində və […]
Aprel döyüşlərində ağır yaralanan Qoşqar Hacıyev vəfat etdi
Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib. aranxeber.com xəbər verir ki, xeyli müddət Türkiyədə müalicə olunan qazi təbbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Fevralın 10-da qar tədricən səngiyəcək – HAVA PROQNOZU
Fevralın 9-u axşam qarlı hava şəraiti davam edəcək, 10-da proses tədricən səngiyəcək. aranxeber.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi fevralın 9-da 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s, arabir 20-23 m/s olacaq. Havanın […]




