Ölkə Region Sosial

2019-cu ildə Azərbaycanda ən çox boşanma olan iqtisadi rayonlar məlum olub

2019-cu ildə Azərbaycanda uşaqları olmadığına görə pozulmuş nikahların sayı məlum olub. Aranxeber xəbər verir ki, Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, 2019-cu ildə uşaqları olmadığına görə pozulmuş nikahların sayı 724 olub. Xatırladaq ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) […]

Ölkə Sağlamlıq Təhsil

Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər – RƏSMİ

“Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-na qədər bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib. Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər”. Aranxeber xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “ATV Aktual” verilişində deyib. Onun sözlərinə görə, hələlik bu məsələ gündəmdə deyil.

Baş Ölkə Sağlamlıq Təhsil

Təhsil Nazirliyi koronavirusla bağlı valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib. Aranxeber xəbər verir ki, bu barədə Nazirliyin “Telegram” səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris dayandırılıb. Tədrisdə fasilənin yaranmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir: “Bununla əlaqədar qeyd olunan müddətdə aşağıdakı tövsiyələri nəzərə almağınız sizdən […]

Baş Ölkə Sağlamlıq Sosial

Koronavirusla bağlı tibb müəssisələrinə xəbərdarlıq

“Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib”. Aranxeber xəbər verir ki, bu barədə mətbuata Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib. Qeyd olunub ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, […]

Baş Ölkə Sağlamlıq

Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı – Rəsmi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19)  infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda […]