Ölkə Təhsil

Teledərslərin 12 mart tarixinə nəzərdə tutulmuş dərs cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının sabah üçün cədvəli açıqlanıb.  Aranxeber xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.  Məlumatlara görə, martın 12-də saat 10-dan 16-dək I-VI sinif şagirdləri üçün teledərslər keçiriləcək. 

Baş Ölkə Sosial

Onlara Milli Məclisdə vəzifə verilməyib – Siyahı

VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub. Aranxeber “Report”a istinadən xəbər verir ki, keçmiş Sədr Oqtay  Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək). Eyni zamanda Ziyafət  Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin […]

Ölkə

Lider TV-nin yayımı niyə dayandı?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, N. Məhərrəmli açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. “Bu Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki bir məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcəklər. Telekanalın […]

Baş Ölkə Sosial

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası keçirilib

Aranxeber “Report”a istinadən xəbər verir ki, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub. İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib. İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli […]

Baş Ölkə

Cəlilabadda canavarlar kəndə hücum etdi

Cəlilabad rayonunda canavarlar kənd sakininin mal-qarasını yaralayıb. Aranxeber  “Report”a istinadən xəbər verir ki, məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hücum edən canavarlar kənd sakininin bir baş iribuynuzlu heyvanını yaralayıb. Yaralı heyvana baytar tərəfindən lazımi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub. Kənd sakinləri bildirib ki, canavarların kəndə hücumu mütəmadi olaraq baş verir.