“Facebook” sosial şəbəkəsinin rəhbərliyi noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi siyasi reklam yerləşdirilməsinə qadağa tətbiq etmək niyyətindədir. “Bloomberg” xəbər verir ki, “Facebook” rəhbərliyi bu qərarla sosial şəbəkə istifadəçilərini seçki ilə əlaqəli yanlış təbliğatdan qorumağı düşünür. Bununla yanaşı, “Facebook” rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyindən, namizədlərin son xəbərlərə və ya yeni məlumatlara cavab […]
Texnologiya
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, iyunun 21-dən xüsusi karantin rejimi tətbiq olunan səkkiz şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən […]
Bakıda internet problemi yarandı
Hazırda paytaxtın bir sıra rayonlarında KATV abunəçilərinin internetlə təminatında problemlər yaranıb. Aranxeber xəbər verir ki, problemin səbəbi məlum deyil. KATV-nin “qaynar xətti” ilə əlaqə yaratmaq mümkün deyil. “Qaynar xətt”ə zəng edərkən, “şəbəkə xaricində” olduğu bildirilir. Qeyd edək ki, problem 1,5 saatdan çoxdur davam edir.
Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki, əvvəllər olduğu kimi, saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, […]
Elektrik enerjisi hasil edən heykəl-ördək
Böyük Britaniyanın bir qrup rəssam və dizayneri böyük və məzəli heykəl-ördək düzəldiblər. Danimarkanın Kopenhagen şəhərində quraşdırılması nəzərdə tutulan və hündürlüyü 12 metr olan ördəyin başlıca vəzifəsi elektrik enerjisi hasil etməkdir. Ördəyin “bədəni” günəş panelləri ilə örtülüdür. Hasil etdiyi enerji onun daxilində yığılaraq, şəhərin elektrik şəbəkəsinə ötürüləcək. Bundan əlavə, heykəlin içərisində şəhərin qonaqları və sakinləri üçün […]




