Ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir çox iaşə obyektləri ilə yanaşı idman zallarının da fəaliyyəti dayandırıldı. Ölkədə tətbiq olunan sərt karantin rejiminin qismən yumşaldılması zamanı bir çox iaşə obyektləri açılsa da, idman zallarının fəaliyyətinə icazə verilmədi. Baku TV idman zalları ilə bağlı qısa araşdırma aparıb. Ətraflı süjeti təqdim edirik:
İdman
UEFA Superkubokunda meydana çıxan türk azarkeş həbs edildi
2019-cu il, avqustun 14-də İstanbulun “Vadafone Park” stadionunda “Liverpul” və “Çelsi” klubları arasında təşkil olunan UEFA Superkuboku matçının 14-cü dəqiqəsində qaçaraq meydana atılan “YouTuber” Əli Əbdülsalam Yılmaz 1 il 8 ay həbs cəzasına məhkum olunub. Bununla yanaşı, onun bir il müddətində idman məkanlarına daxil olması da qadağan edilib. Qeyd edək ki, məhkəmənin gedişində Yılmaz öz […]
Məsut Özil: “Yolumuz uzundur və inşallah, sonu çempionluq olacaq”
Türkiyə superliqasının növbəti turunda “Qalatasaray”a 1:0 hesabı ilə məğlub olan “Fənərbağça”nın ulduz oyunçusu Məsut Özil matçın nəticəsilə bağlı açıqlama verib. “Haber Global”ın məlumatına görə, futbolçu nəticənin daha fərqli ola biləcəyini qeyd edib. “Komandamla çıxdığım ilk oyunların daha fərqli nəticə ilə başa çatmasını istərdim. Dünənki məğlubiyyətə görə hamımız çox pərişanıq. Amma mən “Fənərbağça”ya komanda yoldaşlarım və azarkeşlərimizlə […]
“Fənərbağça” – “Qalatasaray” derbisinin qalibi məlum oldu – FOTO
Futbol üzrə Türkiyə Super Liqasında turun ən gözlənilən matçı – “Fənərbağça” və “Qalatasaray” komandaları arasında İstanbul derbisi baş tutub. FIFA referisi Cüneyt Çakırın idarə etdiyi matç “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə bitib. Qola 54-cü dəqiqədə misirli legioner Mustafa Məhəmməd imza atıb. Nəticədə hazırda hər iki klubun 48 xalı var. Komandalar turnir cədvəlinin ilk iki yerini bölüşürlər.
“Qarabağ” klubu Qurban Qurbanovun oğlunu icarəyə verdi
“Qarabağ” klubu futbolçusu Musa Qurbanlını icarəyə verib. Bu barədə qrumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 18 yaşlı hücumçu oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək. Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.




