“Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb. Əmanətlərin Sığortalanması Fondundan (ADİF) “APA-Economics”ə verilən xəbərə görə, “Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək. Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə […]
İnkişaf
“Baku Business Factory” Gürcüstanda danışıqlarda
Bu gün Tbilisidə “Baku Business Factory”nin (BBF) nümayəndələri Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb. AZXEBER.COM-un xəbərinə görə, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə […]
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb. Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7001 səviyyəsində müəyyən edib.
Əsassız vergi borclarının silinməsinə başlandı – Yeni nazirdən məxfi tapşırıq
İş adamlarına borcların əsassızlığını sübut edən sənədlərin vergi orqanlarına təqdim olunması istənilir Vergilər Nazirliyində rəhbər dəyişikliyi baş verərkən sahibkarlar, ekspertlər vergi sistemində dəyişikliyə ehtiyacı olan istiqamətləri qeyd edərək, Mikayıl Cabbarovun məhz həmin sahələrə diqqət yetirməsinin gərəkdiyini bildirmişdilər. Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır. Xatırladaq ki, Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə […]
İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib
Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan şəhərində Füzuli, Xocavənd, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahat verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal […]




