Baş Hadisə Təhsil Zərdab

Zərdabda daha iki məktəbdə əyani təhsil müvəqqəti dayandırılıb

Zərdabın iki məktəbində COVID-19 infeksiyası səbəbindən əyani təhsil müvəqqəti dayandırılıb və distant təhsilə keçilib.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd tam orta məktəblərinin müəllim və şagirdlərində koronavirus aşkar edildiyi üçün mayın 3-dən etibarən əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hazırda hər iki məktəbdə dezinfeksiya işləri həyata keçirilir.

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikumudlu və Çallı kənd orta məktəblərində də şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən distant təhsilə keçilmişdi.