Ölkə

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Fevralın 26-da Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

aranxeber.com-ın metbuat.az-a əsasən verdiyi məlumata görə, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.

“Ana harayı” abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.