Hadisə Region

Xaçmazda 40 yaşlı kişi bıçaqlanıb

Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb.

aranxeber.com saytının APA-a istinadən verdiyi  məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cevap yazın