Dünya İdman

UEFA Superkubokunda meydana çıxan türk azarkeş həbs edildi

2019-cu il, avqustun 14-də İstanbulun “Vadafone Park” stadionunda “Liverpul” və “Çelsi” klubları arasında təşkil olunan UEFA Superkuboku matçının 14-cü dəqiqəsində qaçaraq meydana atılan “YouTuber” Əli Əbdülsalam Yılmaz 1 il 8 ay həbs cəzasına məhkum olunub.

Bununla yanaşı, onun bir il müddətində idman məkanlarına daxil olması da qadağan edilib.

Qeyd edək ki, məhkəmənin gedişində Yılmaz öz “YouTube” kanalı üçün video çəkmək məqsədilə oyun meydançasına çıxdığını və onun bu qaçışının tribunada əyləşmiş dostları tərəfindən kameraya çəkildiyini bildirib.

Xatırladaq ki, istintaqın gedişində Əlinin dostları da həbs olunub, lakin bir müddət sonra azadlığa buraxılıblar.