Dünya

Türkiyə XİN başçısı: ” Bütün terrorçular Suriyanı tərk etməlidir”

“ABŞ PYD və digər terrorçuları dəstəkləyir. Baxmayaraq ki, Vaşinqton 2016-cı ildə onlara dəstək verməyi dayandıracağını söz vermişdi. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiya, Türkiyə və İran XİN başçılarının üçtərəfli danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Jurnalistin Suriyanın Mənbic bölgəsi ilə bağlı Türkiyə və ABŞ arasında danışıqların nə yerdə olması ilə bağlı suala cavab verən türkiyəli nazir bildirib ki, terroçular Suriya ərazisini tərk etməlidir: “Fərqi yoxdur, İŞİD, Nüsrə və ya PYD terrorçuları. Bütün terrorçular Suriyanı tərk etməli, işğal etdikləri əraziləri mülki əhaliyə verməlidirlər. Bu gün PYD və “Demokratik İttifaq” Suriya ərazisinin 10 faizinə nəzarət edir. Bu, çox risklidir, Türkiyənin milli təhlükəsizliyinə Afrin, Mənbic və digər şəhərlərlə olan sərhədlər boyunca hədədir. Bu terrorçular Suriyada çoxlu ərazini tutub. Söhbət Afrin, Mənbic və İdlib kimi şəhərlərdən gedir. Həmin terrorçular mülki əhalinin sıralarına daxil olub. Ona görə də biz, antiterror əməliyyatı aparan zaman diqqətli olmalıyıq ki, mülki əhali bundan ziyan çəkməsin. İstəyirik ki, ABŞ 2016-cı ildə verdiyi sözü tutsun, terrorçuların nəzarətində olduğu ərazilər orada yaşayan mülki əhaliyə qaytarılsın”.