Dünya Hadisə

Türkiyədə terrorçularla atışmada bir əsgər şəhid olub, iki əsgər yaralanıb

Türkiyənin Diyarbakır şəhərinin Lice bölgəsində terrorçularla baş vermiş atışma zamanı bir türkiyəli əsgər şəhid olub.

Bu barədə “Haber Global” Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Atışma nəticəsində daha iki əsgər yaralanıb.