Dünya Region

Qubada tələbələr üçün təlimlər keçirilir

Bu gün SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH II Karyera Qış Məktəbi layihəsi təqdim olunub.

aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, öncə tələbələr SABAH qruplarının İcraiyyə Komitəsinin sədri Şahin Seyidzadənin “Uğurlu karyera qurmağın yolları” mövzusunda təlimini izləyiblər.

Tələbələr layihənin birinci günü Şəms Mustafayevanın “Uğura aparan ünsiyyət” , Aygün Babazadənin “Tədqiqat bacarıqları və qlobal məlumat bazaları”, Fərid İsmayılzadənin “Startapları uğura və uğursuzluğa aparan faktorlar”, mövzularında təlimlərini dinləyiblər.

Qruplar şəkilində davam etdirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezüme yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər.

İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

Bir cevap yazın