Region

Qəbələdə stend atıcılığı üzrə beynəlxalq Qran-Pri yarışları olacaq

Mayın 7-dən 13-ə kimi Qəbələdə Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları keçiriləcək.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, klubun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək yarışlarda 8 ölkədən 100-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edəcək.

“Qəbələ” Atıcılıq Klubunun idman bazası olan stend və ox atıcılığı kompleksində olacaq beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri olacaq. Bir həftə davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 8-də olacaq. Həmin gün mətbuat konfransı da olacaq.