Baş Ölkə

Prezident Administrasiyasında yeni təyinat olunub

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.

aranxeber.com xəbər verir ki, bu vəzifəyə 1974-cü il təvəllüdlü Səadət Vidadi qızı Yusifova təyin edilib.

Səadət Yusifova hüquq üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimidir.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.

Qeyd edək ki, son struktur islahatlarına qədər S. Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub.

Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib.