Hadisə Ölkə

Paşinyan elan etdi: İyunun 20-də seçki keçiriləcək

Ermənistan baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb.

O bu barədə feysbuk səhifəsində yazıb.

Baş nazir növbədənkənar parlament seçkilərinin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib.