Dünya Hadisə

Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad edildiyini açıqladı

Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilib. Çünki Ermənistan Prezidenti Armen Sarkisyan müəyyən edilmiş vaxt ərzində nə onun qovulması barədə fərman imzalayıb, nə də Konstitusiya məhkəməsinə şikayət edib.

Bu barədə TASS Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən məlumat yayıb.

“Prezident Armen Sarkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifədən azad edilməsi haqqında fərman layihəsini imzalamaması, həm də eyni zamanda layihəyə Konstitusiya Məhkəməsində etiraz etməməsi faktını əsas götürərək 10 martdan etibarən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilir”, – deyə Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyana istinadən xəbər yayıb.