Baş Region

P.Həsənov küçəsinə yeni asfalt yol çəkilir

İmişli rayonunun avtomobil yollarının bəzilərinin bərbad olması haqqında dəfələrlə məlumat verilib. Xüsusən, sakinlərin ən çox şikayət etdikləri yollar şəhərin bir neçə küçəsi olub. Bunlardan biri olan P.Həsənov küçəsinin köhnə, yarımdağılmış asfaltı sökülüb və yaxın günlərdə yenilənəcək.

Bu barədə məlumatı “aranxeber.com”-a İmişli Bələdiyyəsinin sədri Mehman İsmayılov verib. O, bildirib k, hələ işin birinci mərhələsi görülür: “Bu küçənin problemli hissəsi M.Əzizbəyov küçəsinin kəsişməsindən başlayırdı. Bir çox yerində asfalt örtüyü dağılmışdı. Hazırda köhnə asfalt sökülüb, yerində müəyyən bərkitmə işləri görülür. Bu mərhələdən sonra yola asfalt döşənəcək”.

Bələdiyyə sədri P.Həsənov küçəsinin şəhərin ən böyük küçələrindən olduğunu da qeyd edib: “Həmin küçə böyük küçələrdən biridir. Çıxacağı da gedib şəhərin əsas yoluna-prospektə birləşirÖzü də, şəhərin ən gedimli-gəlimli küçələindən biri hesab olunur. Onun miri planda var idi. Bu planın həyata keçirilməsi də hava şəraitinin imkan verdiyi münasib vaxta saxlanmışdı”.

[Best_Wordpress_Gallery id=”110″ gal_title=”P.Həsənov küçəsinə yeni asfalt yol çəkilir.”]

Bir cevap yazın