Baş Hadisə Region

Ölümlə nəticələnən daha bir yol qəzası

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aranxeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.