Ölkə

MM sədrinin I müavini: “Rusiya Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçiləri göndərəcək”

“Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova ilə görüşümüz məhsuldar olub”.

aranxeber.com “APA”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov bildirib.

O, görüşdə Rusiyada keçiriləcək prezident seçkilərinin ümumi gedişatı barədə məlumat verildiyini söyləyib: “Ella Panfilova seçkilərdə istifadə olunacaq yeni səsvermə sistemi ilə bağlı məlumat verdi. Yeni qanunvericiliyə görə, Rusiyada vətəndaşlar qeydiyyatda olduğu yerə üzrə deyil, faktiki olduqları yer üzrə səsvermədə iştirak edəcəklər. Bu prinsipin müəyyən çətinlikləri olacaq, amma Rusiya MSK sədri bildirdi ki, bununla bağlı bütün texniki problemlər həll olunub”.

Z. Əsgərov Rusiya MSK sədri ilə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr apardığını da qeyd edib: “Rusiya MSK sədrinə qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verdim. Sözsüz ki, Rusiya da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün öz nümayəndələrini göndərəcək”.

Bir cevap yazın