Ölkə

Məhkəmə xuliqanlıqda təqsirləndirilən şəxsə bəraət verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səid Abbasov və Orxan Səfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

aranxeber.com APA-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə O. Səfərovun vəkili Ceyhun Yusifov çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar günahsız olduqlarını bildiriblər.

Məhkəmənin hökmünə əsasən, S. Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

O. Səfərov barəsində isə bəraət hökmü çıxarılıb.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıda bir qrup şəxslə birlikdə xuliqanlıq edərək, bir nəfərə ağır dərəcəli bədən xəsarəti yetiriblər.