Hadisə Kürdəmir Region

Kürdəmir. Yol qəzasında ölənlərin sayı 7 nəfərə çatıb

Kürdəmir rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan şəxs xəstəxanada vəfat edib.

Aranxeber APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd edək ki, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri – bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri – arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.