Ölkə

Kürdəmirdə piyadaların təhlükəsizliyi istiqamətində tədbirlər gücləndirilib

Kürdəmir rayonunda “Piyadalar, diqqətli olun!” şərti adı altında aprelin 26-dan mayın 3-dək tədbirlər həyata keçirilib. Həftə piyadaların iştirakilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda, yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində görülən inzibati tədbir və təbliğat fəaliyyətinin, xüsusilə də azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədilə reallaşdırılıb.

“Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən həftə ərzində Kürdəmirin H.Əliyev, Babək prospektlərində, N.Gəncəvi, C.Cabbarlı, Aşıq Əhməd küçələrində sakinlərin daha çox hərəkətdə olduğu piyada keçidləri üçün yolların keçid hissələrində rənglənmə işləri aparılıb. Mütəmadi olaraq keçirilən reydlərdə, xüsusilə azyaşlılar və gənclər arasında maarifləndirmə işləri daha da gücləndirilib. Reyd zamanı yol keçidi qaydalarını ciddi şəkildə pozan və təhlükəli vəziyyət yaradan 10 nəfər piyada barəsində inzibati protokol tərtib olunub.