Baş Hadisə

Kürdəmirdə ağır yol qəzasında Vətən müharibəsi şəhidinin həyat yoldaşı rəhmətə gedib.

Kürdəmirdə ağır yol qəzası baş verib.

Baş verən yol qəzasında iki nəfər ölüb. Qəzada ölənlərdən biri Vətən müharibəsində şəhid olan Zərdab rayonu Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızıdır.

Şəhidin həyat yoldaşı Bakıdan rayona anım mərasiminə gedirmiş. Qəza nəticəsində Günel Ələsgərovanın övladı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.