Dünya

Kabildə partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb

Kabildə partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə “1TV” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 119 nəfər yaralanıb.

Bundan əvvəl partlayış nəticəsində 48 nəfərin öldüyü, 112 insanın yaralandığı bildirilib.

Qeyd elək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***

saat 17.15

Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə “TOLOnews” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 112 nəfər yaralanıb

Bundan əvvəl partlayış nəticəsində 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.

Qeyd elək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***

saat 12.39

Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 50 nəfərdən çox insan yaralanıb.

***

saat 12.11

Bu gün Kabildə baş verən partlayış zamanı ölənlərin sayı 9 nəfərə çatıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə “TOLOnews” Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 56 nəfər də yaralanıb.

Əfqanıstan DİN partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlayıb. Hələ partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

saat 11.08

Bu gün Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

İlkin məlumata görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Bir cevap yazın