Baş Region

İmişlili müəllim 2-ci qrant müsabiqəsinin qalibi oldu

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin qalibləri məlum olub.

Müsabiqəyə ümumi və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayaraq qalib elan edib.

İmişli rayon Muradallı kənd tam orta məktəbin direktoru Hüseynov Yusif Səyyaf oğlunun “Səyyar intellektlər” adlı layihəsi Təhsil Nazirliyi tərəfindən qəbul edilib.

Bu barədə aranxeber.com-a layihənin icraçı direktoru, İmişli İntellektual Oyunlar Klubunun rəhbəri Ziya Rzayev məlumat verib. O, bildirib ki, bu adda layihə ölkədə bir ilkdir: “Əvvəllər təşkilat və nazirliklər bir şəhərdə və ya rayonda yalnız 5-10 komanda cəlb etməklə intellektual yarış keçirə bilirdilər. Biz isə bu işi genişləndirəcəyik və daha da təkmilləşdirəcəyik. Çalışacağıq ki, layihəni daha səmərəli şəkildə icra edək.”

 

[Best_Wordpress_Gallery id=”136″ gal_title=”İmişlili müəllim 2-ci qrant müsabiqəsinin qalibi oldu”]