Baş Layihə Region

İmişlidən olan gənc “TREND OF THE YEAR 2019” mükafatlandırma mərasimində yüksək mükafata laiq görüldü

İmişlidən olan gənc fəal Ziya Rzayev “TREND OF THE YEAR 2019” mükafatlandırma mərasimində yüksək mükafata laiq görülüb.

aranxeber.com xəbər verir ki, “Trend of the year” Azərbaycanda artıq ikinci ildir ki, təşkil edilir. İl ərzində müxtəlif sahələrdə yüksək inkişaf yolunda olan, fərqlənən şəxslər  bu mükafatla təltif edilirlər.

“TREND OF THE YEAR 2019” mükafatlandırma mərasimində bu il öz şəxsi gəlirləri hesabına İmişli şəhərində yaratdığı “Ziyalı Gənclər Maarifçi Klubu” adı altında respublikamızın ən kütləvi intellektual oyunlarının, müxtəlif tədbirlərin, sosial layihələrin müəllifi Ziya Rzayev “PUBLİC FİGURE” “İCTİMAİ XADİM” nominasiyası üzrə mükafatlandırılıb.

Tədbir haqqında layihənin rəhbəri Tural Ələkbərov məlumat verərək bildirib ki, mükafatlandırma mərasimi “Teleqüllə” restoranında “Caspian events group” tərəfindən təşkil edildi. Tədbirdə tanınmış müğənnilər, əməkdar artistlar və iş adamları da iştirak edirdi.