İmişli Region

İmişlidə yeni nasos stansiyası istifadəyə verilib

İmişli rayonu ərazisində  əkin sahələrinin suvarma suyu ilə təminatının  yaxşılaşdırılması ilə bağlı görülən işlər davam etdirilir. Belə ki, əkin  yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təhciz  etmək məqsədi ilə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində yeni su nasos stansiyası inşa edilib. Yeni su nasos stansiyası mənbəyini Təzə Rəsularxdan götürür və müntəzəm olaraq Bəhrəmtəpə qəsəbəsini, Göbəktala və Şahverdili kəndlərinin əkin yerlərini  və həyətyanı sahələrini  suvarma suyu ilə təmin edir. Bununlada  300-dən çox ailənin, 500 ha –dan artıq əkin yerində və həyətyanı sahələrində  suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapmışdır.
     İndiyə qədər  suvarma sahəsində çətinliklərlə qarşılaşan bu sakinlər öz növbəsində bundan sonra ilin bütün fəsillərində qəsəbə və kənd ərazisində suvarma suyunun olmasına görə hədsiz sevindiklərini ifadə edərək, yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığlarını bildirmişlər.