Hacıqabul Hadisə

Hacıqabulda altı avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.