Baş Ölkə

Fənn olimpiadalarının yarımfinal turunun qalibləri məlum oldu

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri məlum olub. Həmin mərhələ aprelin 7-də Şirvanda keçirilib. Aprelin 17-də yarımfinal turunun qalibləri elan olunub.

Onların arasında İmişli rayonunun ümumi təhsil məktəblərinin 4 şagirdi də var.

Bu barədə “aranxeber.com”-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev xəbər verib. Məlumata görə, həmin şagirdlərdən biri tarix fənni, üç nəfəri isə coğrafiya fənni üzrə qalib olublar. Bunlar  4 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Elməddin Həbibli (tarix), 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Zamin Yaqubov (coğrafiya), Sarıxanlı kənd 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Süleyman İmanov (coğrafiya) və Xəlfəli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Yusub Mərdəliyevdir. Onlar olkə mərhələsinin final turunda iştirak etmək hüququ qazanıblar.

Vilayət Əliyev deyib ki, fənn olimpiadalarının final mərhələsinin aprel ayının sonları və ya may ayının birinci yarısında keçirilməsi gözlənilir.

 

[Best_Wordpress_Gallery id=”119″ gal_title=”Fenn olimpiadalarının yarimfinal turunun qalibleri melum oldu”]

Bir cevap yazın