Dünya

Ermənistanda “Daşnaksütyun” partiyası hakim koalisiyadan çıxıb

Ermənistanda hakim koalisiya dağılıb.

aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, “Daşnaksütyun” partiyası hakim koalisiyadan çıxmaq haqda qərar qəbul edib.

“Mövcud siyasi durumda Respublika Partiyası ilə siyasi koalisiyada iştiraka son qoymaq məqsədəuyğun hesab edirik. Xalq hərəkatı nəticəsində yaranmış vəziyyət artıq bir neçə gündür bütün cəmiyyəti gərginlikdə saxlayır. Əminik ki, yaranmış situasiya yalnız Konstitusiya və qanun çərçivəsində həllini tapmalıdır”, – deyə partiyanın bəyanatında bildirilir.

Bir cevap yazın