Hadisə Ölkə

Erməni silahlı qruplaşmalar Qırmızı Bazardan çıxarıldı

Qarabağdakı erməni silahlı qruplaşmalar Qırmızı Bazar qəsəbəsindən çıxarılıb.

Bu haqda erməni mənbələr yazır:

– Çıxarılma prosesi Rusiya sülhməramlılarının komandanı Muradovun, baş separatçı Araikin və Ermənistan milli təhlükəsizlik xidməti nümayəndəsinin iştirakı ilə həyata keçirilib;

– Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan Ordusuna təhvil verilməsinə hazırlıq gedir: Azərbaycan hərbçiləri müharibədən sonra Şuşaya getmək üçün bu yoldan istifadə edirmiş, lakin erməni terrorçuların komandirlərindən Mikael Arzumanyan yoldan istifadənin qarşısını almaq üçün postlar quraşdırıb; Xankəndidəki görüşdə Azərbaycan Prezidentinin nümayəndəsi Arzumanyanın “ordudan” qovulmasını tələb edib, ardınca o, “vəzifəsindən” uzaqlaşdırılıb;

– Yolun təhvil verilməsindən qısa müddət sonra Qırmızı Bazar qəsəbəsi də boşaldılacaq və ora azərbaycanlı köçkünlər qayıdacaq;

Qırmızı Bazar yolunun ordumuzun nəzarətinə keçməsinin iki əhəmiyyəti var:

1. Şuşaya gedən yol qısalır: buradan şəhərə 35 kilometrlik asfalt örtüklü yol var.

2. Ermənilərin Xocavəndlə əsas əlaqəsi ordumuzun nəzarətinə keçir.