Ölkə

DTX-nin qadın əməkdaşları akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər

Bu gün Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qadın hərbi qulluqçuları Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

aranxeber.com-ın salamnews -a istinadən verdiyi məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib, məzarı önünə tər gül-çiçəklər düzülüb.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı önünə tər gül dəstələri düzülüb. Ziyarətçilər Zərifə Əliyevanın unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.