Ölkə

Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı – RƏSMİ

Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, 50 500-ə yaxın vətəndaş bu günədək elektron qaydada, həmçinin, Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.