Region

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İmişlidə görüş keçirib

Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İmişli rayonunda “Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirib. Görüşdə qurum sədrinin birinci müavini Səyyad Aran, dini işlər üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov, yerli dindarlar və gənclər iştirak ediblər.

aranxeber.com xəbər verir ki, tədbiri Səyyad Aran açaraq hələ qədim dövrlərdən başlayaraq insanların müxtəlif dinlərə sitayiş etməsindən danışıb. O, bunun şüurun inkişaf etdiyi vaxtlardan başladığını, insanların daha çətin anlarda dinə bağlandığını bildirib. Bu bağlılıq da zaman keçdikcə daha da möhkəmlənib.

Qurum rəsmisi dünyanın ən qaynar bölgələrində fəlakətlərin əsas səbəblərindən biri kimi dini mövhumatı, cahilliyi, kor-koranəliyi əsas gətirib. O, İslam dininin mütərəqqi, bəşəri dəyərləri özündə əks etdirən bir din olduğunu bildirərək, gəncləri hər şeyə sağlam düşüncə ilə, elmə əsaslanaraq yanaşmağa, radikalizmdən, mövhumatdan uzaq olmağa çağırıb. Bunun üçün də, dini dərindən bilmək, ona düzgün riayət etmək lazımdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini işlər üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov ölkədə dini etiqad azadlığının qanunla yüksək səviyyədə təmin olduğunu bildirib. O, Azərbaycanda dini fərqliliyə, tolerantlığa hörmət edildiyini vurğulamaqla yanaşı, dini radikalizmlə ciddi mübarizə aparıldığını da qeyd edib.

Dini işlər üzrə şöbənin müdiri gəncləri dini etiqad azadlığından düzgün şəkildə, elmi əsaslarla istifadə etməyə çağırıb.

Sonda dindarları və gəncləri maraqlandıran suallar qurumun rəsmiləri tərəfindən cavablandırılıb.

[Best_Wordpress_Gallery id=”46″ gal_title=”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İmişlidə görüş keçirib”]

Bir cevap yazın