Baş Təhsil

DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır – RƏSMİ

“Dövlət İmtahan Mərkəzi gələcəkdə yeni növ imtahanın keçirilməsi üçün layihə üzərində iş aparılır”.

Aranxeber xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, “Açıq kitab” adlanan imtahanda istifadəçi yardıma görə nədənsə istifadə etsə də, əsas tələb olunan tapşırığı həll edə bilməsidir: 

“Hazırda layihə üzərində işlənilir. Bunun növbəti imtahanlara heç bir aidiyyəti yoxdur. Çünki bu, layihədir”.

“Gələcəkdə də belə növ imtahanların onlayn keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərdən daha düzgün ola bilər”, – deyə sədr qeyd edib/oxu.az.