Hadisə Sağlamlıq

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin müfəttişi koronavirusdan vəfat etdi

Daxili İşlər Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib.

Aranxeber xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Azər Tağıyev COVID-19-dan ölüb.

O, ötən gün vəfat edib.

Qeyd edək ki, DİN-in əməkdaşları arasında da koronavirusa yoluxma faktları qeydə alınıb. Onlar arasında vəfat edənlər də var/oxu.az.