Baş Təhsil

Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsi başa çatıb 

Avropa İttifaqının “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsi” proqramı çərçivəsində maliyyələşdirilən layihələrdən daha birinin icrası başa çatır. Yerli İdarəetməyə Yardım İB tərəfindən həyata keçirilən bu layihə 3 ildən bir qədər artıq real icra müddətində Bərdə və ətraf regionlarda əsas peşə təlimi mərkəzlərindən biri olan Bərdə Peşə Liseyində peşə təliminin təşkilinin əsas aspektləri üzrə modernləşdirmə prosesini […]

Təhsil

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 16 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi […]

Hadisə Təhsil

Bugünkü buraxılış imtahanlarının nəticələri bir həftəyə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur. DİM-dən bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə […]

Ölkə Təhsil

DİM imtahan nəticələrini bu tarixdə açıqlayacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində dövlət qulluğuna qəbul, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahan, həmçinin beynəlxalq GRE və TOEFL imtahanları keçirilib. Dövlət qulluğunda inzibati icraçı […]

Baş Hadisə Təhsil Zərdab

Zərdabda daha iki məktəbdə əyani təhsil müvəqqəti dayandırılıb

Zərdabın iki məktəbində COVID-19 infeksiyası səbəbindən əyani təhsil müvəqqəti dayandırılıb və distant təhsilə keçilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd tam orta məktəblərinin müəllim və şagirdlərində koronavirus aşkar edildiyi üçün mayın 3-dən etibarən əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hazırda hər iki məktəbdə dezinfeksiya işləri həyata […]