Hadisə Sağlamlıq

“AstraZeneca” bəzi ölkələrdə peyvənddən istifadənin dayandırılmasına münasibət bildirib

“AstraZeneca” şirkəti onlara məxsus peyvəndin bir neçə ölkədə istifadəsinin müvəqqəti dayandırılmasına münasibət bildirib. Aranxəbər-in CNN telekanalına istinadən verdiyi xəbərə görə, bildirilib ki, peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir. ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris qeyd […]

Hadisə Sağlamlıq

Operativ Qərargahın brifinqi nə vaxt olacaq? – İbrahim Məmmədovdan açıqlama

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.  Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb. Aranxəbər sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin […]

Hadisə Sağlamlıq

Vaksin vurduran şəxslər arasında iflic olanlar var? – AÇIQLAMA

Koronavirus əleyhinə peyvənd vurulan vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib. “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Vaksinasiyanın məqsədi yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm […]

Hadisə Sağlamlıq

Baş infeksionist vaksinin yan təsirlərindən DANIŞDI

Hər bir vaksinin yan təsirləri mövcuddur.  Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib. Onun sözlərinə görə, indiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb: “Bu, əsasən az hallarda rast gələn, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və sairədir. Bu […]

Hadisə Sağlamlıq Sosial

Novruz bayramında sərt karantin ilə bağlı VACİB AÇIQLAMA

Son günlər yoluxma sayında olan artım səviyyəsi cəmiyyətdə Novruz bayramı ərəfəsində yenidən sərt karantin rejiminin tətbiq olunacağı xofunu yaradıb. Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov bildirdi ki, Operativ Qərargahın qəbul edəcəyi qərarlar bizim özümüzü necə aparmağımızdan asıllıdır. ”Qlobal pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş karantin tədbirlərin bir ili tamam olur. Təəssüf ki, bu müddət ərzində koronavirus infeksiyası […]