Hadisə Region Sabirabad

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cavad küçəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hadisə Region Sabirabad

Sabirabad sakini oğurluq etdiyi evi yandırdı

Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nəticədə 60 kvadratmetr sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb. Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmalarla evdən 1 200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən […]

Hadisə Region Sabirabad

Sabirabadda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. İlkin məlumata görə, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə rayonun Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev İbadət Saləddin oğlu müxtəlif xəsarətlər alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra ambulator […]