Hadisə Kürdəmir

Kürdəmirdə minik və yük avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər […]

Baş Hadisə Kürdəmir Ölkə

Kürdəmirdə yol qəzası baş verib

Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və kənardakı beton lövhəyə çırpılıb. Hadisə zamanı […]

Hadisə Kürdəmir

Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Kürdəmir Rayon Polis Şöbəsinə rayon sakini, əvvəllər məhkum olunmuş Baxşıyev Mübariz Şahin oğlunun narkotik vasitələri daşıması və satması barədə məlumat daxil olub. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Baxşıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçrilən zaman 4 ədəd bükümdə ümumi çəkisi […]

Hadisə Kürdəmir

Kürdəmir sakinindən qanunsuz silah götürülüb

Kürdəmir sakinindən qanunsuz silah götürülüb. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Qarasu kənd sakini X.Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hadisə Kürdəmir

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb. Belə ki, sürücü, 24 yaşlı Cəfərov Yolçu Şaiq oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına […]