Göyçay Hadisə

Göyçayda su kanalında batan yeniyetmənin meyti tapılıb

Göyçay rayonunun Ləkçılpaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Göyçay Hadisə

Göyçayda tanışını öldürən şəxsin işi məhkəməyə göndərildi

Ötən ilin fevralın 18-də Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Göyçay rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Polad Salehovu qəsdən öldürüb. Ruslan Xəlilov […]

Göyçay Hadisə Region Zərdab

Göyçaydan gəlib Zərdabda oğurluq edirlərmiş – Təfərrüat

Zərdabda qoyun-quzu oğulayan şəxslər saxlanılıblar Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar. Zərdab, Göyçay və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini […]

Göyçay Hadisə Region

Göyçayda 47 yaşlı kişi bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qantəmir küçəsində qeydə alınıb. Rayon sakini, 47 yaşlı Umudov Seymur Vəzir oğlu bıçaq xəsarəti alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaralıya qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu qoyulub. S.Umudov cərrahiyə əməliyyatı olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. […]

Göyçay Hadisə Region

Oğuzda istirahət mərkəzində oğurluq edən şəxs Göyçayda tutuldu

Oğuzda istirahət mərkəzində oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə (RPŞ) sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon […]