Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Bura məsul növbətçilər […]
Texnologiya
Rəşad Nəbiyevə yeni müavin təyin edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub. Rəhman Dursun oğlu Hümmətov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib. Qeyd edək ki, bu təyinatadək R.Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Ölkədə göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri açıqlandı
Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən […]
Donald Tramp “Telegram”a üz tutdu
ABŞ-ın 45-ci prezidenti Donald Tramp “Telegram” kanalını aktivləşdirib. Artıq onun kanalını 284 mindən çox şəxs izləyir. Xatırladaq ki, ABŞ-dakı son iğtişaşlardan sonra onun “Facebook” və “Twitter” hesabları dondurulub. Bu səbəbdən də o, “Telegram”a üz tutub.
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb. Aranxeber-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb. Belə ki, mövcud sahədə göstərilən xidmətlərin dəyəri 1 milyard 996,1 milyon manat […]