Azərbaycanda 2020-ci il ərzində 2 milyard 235,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu, 2019-cu illə müqayisədə 0,6 faiz çox olub. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2 milyard 197,9 milyon manat dəyərində informasiya və rabitə xidmətləri təqdim edilib. Bu xidmətlərin dəyəri 2018-ci ilə nisbətən […]
İnkişaf
Donald Tramp “Telegram”a üz tutdu
ABŞ-ın 45-ci prezidenti Donald Tramp “Telegram” kanalını aktivləşdirib. Artıq onun kanalını 284 mindən çox şəxs izləyir. Xatırladaq ki, ABŞ-dakı son iğtişaşlardan sonra onun “Facebook” və “Twitter” hesabları dondurulub. Bu səbəbdən də o, “Telegram”a üz tutub.
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb. Aranxeber-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb. Belə ki, mövcud sahədə göstərilən xidmətlərin dəyəri 1 milyard 996,1 milyon manat […]
“YouTube” və “Google”da nə baş vermişdi?
“Google” istifadəçiləri şirkətin xidmətlərində problemlərlə üzləşiblər. Bu barədə internet mənbələrindəki fasilələri izləyən “Downdetector” məlumat yayıb. Xüsusilə “YouTube”, “Gmail” və şirkətin digər saytlarına girməyə çalışarkən problemlər yaşanıb. Qeyd edək ki, problemlər Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri ilə yanaşı Azəbaycanda da qeydə alınıb. “Google” istifadəçilərinin 86 faizi hesablarına daxil ola bilməyib, 13 faizi tapmaqda […]
Azərbaycanlı deputatın “Facebook” səhifəsi oğurlandı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin şəxsi “Facebook” səhifəsi kiber hücumə məruz qalıb və bundan istifadə edilərək deputatın adına saxta “Instagram” səhifəsi açılıb. M.Əfəndiyev Oxu.Az-a bildirib ki, “Facebook” və yaxud digər sosial şəbəkələrdən yollanan hər bir elektron məktub, edilən paylaşımlar əsassızdır: “Hər kəsi diqqətli olmağa və bu məlumatı nəzərə almağa çağırıram”.