Şuşaya qar yağıb. Təbiət hadisəsinin görüntüsünü ANAMA yayıb. Nəhayət, illər sonra Şuşaya yağan qarı azərbaycanlılar öz gözləri ilə izləyə bilirlər. Həmin görüntüləri təqdim edirik:
Baş
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. Arabxəbər xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub. Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub. Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.
Müdafiə Nazirliyində brifinq keçirilir – VİDEO
Müdafiə Nazirliyində jurnalistlər üçün brifinq keçirilir. Brifinqdə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın həftəlik fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələri üçün təşkil olunub. Brifinqi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov keçirir.
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 18-dən fevralın 9-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Nazirlikdən bildirilib ki, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul […]
Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunur
5 şəhər və 12 rayonda olduğu yeri SMS icazə və icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Aran Xəbərin məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib. Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, […]