Təhsil

Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir – RƏSMİ

“Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdiriləcək”.

Aranxeber xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, iki həftəlik karantin rejimi ilə bağlı buraxılış və qəbul imtahanları təxirə salınacaq:

“Ola bilər ki, yalnız Naxçıvan Muxtar Respublikasında imtahan tarixləri dəyişməsin. Amma bütün hallarda bununla bağlı keçiriləcək növbəti brifinqlərdə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən ətraflı məlumat veriləcək”.