Ölkə

Bu il Gəncədə 58 müharibə əlili müalicəyə getmək üçün müraciət edib

Dövlətin diqqət və qayğısını hər bir sahədə olduğu kimi sosial müavinatdan istifadə edən şəxslərdə daim hiss edir.

aranxeber.com SalamNews-ə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Nizami rayonu ərazisində olan təqaüdçülərə və sosial müavinat alan şəxlərə bir ay ərzində ümüm 4.868.000 manat vəsait verir.

Gəncə şəhəri Nizami rayonu üzərə 12.906 nəfər şəxs əlilliyi olmaqla, ümümi 26.543 nəfər pensiya və ya sosial müavinatla təmin olunur.

DSMF-Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial xidmət sektorunun məsləhətçisi Rəqsanə Ələskərova bildirib ki, sanatoriya-kurort putyovkarı (göndəriş) ilə istirahət və müalicə ücün 2017-ci ildə 171 nəfər müraciət edib. Onlardan 94 nəfəri 2017-ci ildə növbəli şəkildə öz istədikləri sanatoriyalara DSMF tərəfindən yollanılıblar.

2018-ci ilin əvvəlindən bu günə kimi artıq 58 nəfər yenidən müraciət edib, və müraciət edənlərin 15 Qarabağ müharibə əlilidir ki, 6 nəfər Qarabağ müharibə əlili olmaqla 2018-ci ilin birinci rübündə artıq 25 nəfər sanatoriya-kurort putyovkaları ilə növbəli şəkildə təmin olunub.

Qeyd edək ki, Sanatoriya-kurort istirahət və müalicə mərkəzləri hər il olduğu kimi dövlət himayəsindən istifadə edən əlillər ücün yer məhdudiyyəti qoyur, odur ki, əlillərin putyovka ilə təminatı müraciət etdikləri ildən o biri ilədə keçə bilir, yanı gecdə olsa təmin olunurlar, lakin bu yer məhtudiyyətini kim və necə aradan qaldıracağını hələ bilən yoxdu.

Bir cevap yazın