Dünya Mədəniyyət

Bu gün İsa peyğəmbərin (ə) mövlududur

İsa Peyğəmbərin doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə və dekabrın 24-25-ə təsadüf etdiyi deyilir.

aranxeber.com-ın SalamNews-a əsasən verdiyi məlumata görə, hər il olduğu kimi ötən gecə də İsa peyğəmbərin (ə) miladı ilə əlaqədar Fələstinin Beyt-Ləhm şəhərində bayram tədbirləri keçirilib.

Həzrəti İsanın (ə) doğum günü tədbirlərinin bu gündə keçirilməsinə baxmayaraq onun doğulduğu il və gün barədə yekdil rəy mövcud deyil. Onun doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə və əksəriyyətin qəbul etdiyi fikrə görə dekabrın 25-ə təsadüf etdiyi bildirilir.

Dini mənbələrə nəzər saldıqda İsa peyğəmbərin (ə) doğum anları və o zaman baş verən hadisələr Qurani-Kərimdə daha çox təfərrüatlı və maraqlı söylənilib. Qurani-Kərimdə mübarək Məryəm surəsi mövcuddur ki, İsa peyğəmbərin doğum anları orada əks etdirilir.

O həzrətin doğulduğu məkan isə hazırda Fələstində yerləşən “Beyt-Ləhm” (Vifleym) şəhəridir. Bu məkan 2 eradır ki, dünya xristianlarının müqəddəs məkanıdır və hər il burada İsa Peyğəmbərin (ə) doğum günü qeyd edilir. Dünən bu şəhərdə doğum günü münasibətilə keçirilən tədbirdə dünya xristianları, xüsusilə də fələstinli xristianlar fəal iştirak edib, bayram tədbirləri keçirib. Bayram tədbirinə Fələstin rəsmiləri də qatılıblar.