Baş Biləsuvar Hadisə

Biləsuvarda “1001 palıd” layihəsinin icrasına start verilib

Mayın 1-də “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “1001 palıd” layihəsinin icrasına Biləsuvarda start verilib.

Layihə çərçivəsində Biləsuvar şəhərinin mərkəzi parkında palıd fidanları əkilib.

Bu nəcib təşəbbüsə rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub.

“1001 palıd” layihəsinin davamı olaraq rayonda müəyyən olunmuş ərazilərdə palıd ağaclarının çoxaldılması planlaşdırılır.

Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir.