Hacıqabul Hadisə Region Sabirabad

Beş uşaq atası Kür çayında boğuldu

Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.

Aranxeber xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.

Hazırda onun axtarışları davam etdirilir. 

Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır.